Ifrat — Yolun Sonu 2021 Pulsuz Yukle Muzikdinledur.com

Düşəndə axşam içib şərabdan, göz yaşını gizlə
Eyləmə nifrət küsmə həyatdan yoxdu günah bizdə
Gəl içək dostum yalançı çıxdı sevdiklərimizdə
Düzələcək hər şey deyə deyə bir ömür başımızı qatdı heyif.

Nəqarət
Mənə ömrüm dedi, qara gözlüm dedi
Ama məni atdı heyif
Dedilər unut onu, yox bu yolun sonu
Ağlına batdı heyif.

Bənd
Tapıb gətirdim hər nə istədi, yarım açmamış ağzın
Verdi məhəbbət ona xoşbəxtlik mənə dəlilik kağızın
Dərdim onun məni seçməməyi deyil
Dərdim odur o qızın
Seçdiyi insan ürəyinə yatmadı , yatağına yatdı heyif.

Nəqarət
Mənə həyatım dedi getməyəcəm dedi
Ama məni atdı heyif
Dedilər kasıbın sevgisi olmur
Ağlına batdı heyif.

Bənd
Halıma gülmə gözlərim zəif
Səni gəzə gəzə oldu
Saçlarım ağardı, əllərim əsir
Buda təzə təzə oldu.
Canımı bu dünya sıxdı ömür boyu
Ama möcüzə oldu
Ürəyim əzilsədə içindəki adam
Sağ-salamatdır heyif.

Nəqarət
Qəmli nəğmələr oxuyuram hamı kimi
Oda aşiqim olsun
Gizli dinləyib desin öz-özünə o
Həmin İfratdı heyif.

–> Mp3 Yukle <–